Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan ordusu ermənilərin Füzuliyə hərbi məqsədlər üçün çəkdiyi yolu vurmalıdır" - Açıqlama
"Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində növbəti hərbi təlimlər keçirməsi, Düşənbədə əldə olunmuş razılaşmanın pozulmasına yönəlib. Göründüyü kimi Ermənistan tərəfi istənilən razılaşmanı pozaraq cəbhədə növbəti təxribatlara əl atmaq planına malikdir".

Bu sözləri Bizimyol.info-ya politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan silahlı birləşmələrinin keçirtdiyi hərbi təlimləri şərh edərkən deyib. O qeyd edib ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiq qalsa da Paşinyanın seçkiöncəsi müəyyən üstünlük əldə etmək üçün təxribata əl ataraq sabotaja cəhd edir:

"Azərbaycan tərəfi daima üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb. Biz fikir versək, Düşənbə razılaşmasından sonra cəbhə xəttində erməni əsgrlərinin ölümü baş vermir. Bu da Paşinyana daxildə seçkiöncəsi müəyyən üstünlüklər yaradır. Bu o deməkdir ki, rəsmi Bakı, Paşinyana şans verib. Görünür erməni baş nazir bu stabillikdən istifadə edib, təmas xəttində sabotaja cəhd edir.

Nikol Paşinyanın təmas xəttində erməni əsgərləri ilə fotosunu paylaşaraq "erməni ordusu" kimi təqdim etməsi, bir daha rəsmi Yerevan işğalçı tərəf olduğunu göstərdi. Minsk qrupunun həmsdərlərini regiona növbəti səfərindən sonra Ermənistanın hərbi təlimləri, danışıqları pozmağa hesablanıb. Azərbaycan tərəfi, Ermənistanın bu kimi hərəkətlərinə adekvat cavab verməli, hərbi təlimlərə başlamalıdır.

Ermənistan tərəfinin yanvar ayından başlayaraq Qarabağ münaqişəsinin həllində nə qədər maraqlı olduğunu real görəcəyik. Bu hərbi təlimlər Ermənistanın substantiv danışıqlara hazır olmadığının göstəricisidir.

Hazırda Ermənistan tərəfi Qarabağda yol infrasturukturunu bərpa etməklə, burada çevik şəkildə müdafiə xəttini qurur. Əgər, növbəti aylarda Paşinyan sələfi kimi danışıqlarda imitasiya ilə məşğul olarasa, Azərbaycan ordusu ermənilərin Füzuliyə qədər çəkdiyi hərb məqsədlər üçün yolu öz təhlükəsizliyinə risk yaratdığı üçün vurmalıdır. Bundan əlavə, bu kimi infsrasturuktur layihələrin inşasının qarşısını almalıdır".

Bizimyol.info

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »