Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ PKK-çıların başına pul qoydu: Ankaradan reaksiya

Türkiyə XİN ABŞ Dövlət Departamentinin PKK liderlərinin başına pul qoyması məsələsinə münasibət bildirib.

XİN sözçüsü Hami Aksoy Vaşinqtonun bu addımını müsbət qarşıladıqlarını açıqlayıb.

“Bu addımın PKK və əlaltıları ilə mübarizə çərçivəsində İraq və Suriyada ortaya qoyulacaq konkret tədbirlərlə dəstəklənməsini gözləyirik”, - Aksoy bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti PKK terror qruplaşmasının rəhbərlərindən Murat Qarailanın başına 5 milyon dollar, Cəmil Bayıkın başına 4 milyon dollar, Duran Kalkanın başına isə 3 milyon dollar mükafat qoyub. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »