Bizimyol.info xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə səhifəsində yazıb.
Onun sözlərinə görə, öncədən proqnozlaşdırdığımız kimi, artıq qlobal neft bazarı İrana qarşı tətbiq edilən sanksiyalara adaptasiya olunub: “Bu baxımdan, sanksiyaların gücləndirilməsinə baxmayaraq neftin qiyməti nəinki yüksəldi əksinə azaldı. Digər tərəfdən, ABŞ 8 ölkənin İrandan neft almasına növbəti 6 ayda yaşıl işıq yandırdı. Buna görə də, yaxın zamanlarda neftin 1 barelinin qiymətinin 70 dollardan aşağı düşdüyünü görsək heç də təəccüblənməməliyik”.
Ramid İbrahimov