Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-yə 26 minə yaxın müraciət edilib
Evinə və ya həyətinə işıq çəkdirmək istəyənlərin sayı 4159 olub “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər üzrə əvvəlki aylarla müqayisədə oktyabr ayında edilən müraciətlərin sayında

artım müşahidə olunub. Belə ki, oktyabr ayında "Azərişıq" ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət

daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 375 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4159 vətəndaş müraciət edib.

Bizimyol.info xəbər verir ki, istehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 291 sahibkar “ASAN xidmət” mərkəzlərinə üz tutub.

Nəticədə oktryabr ayında digər 10 xidmət də daxil olmaqla 13 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, yük hesabatının hazırlanması və ya elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənədin verilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi) “Azərişıq” ASC-yə “ASAN xidmət” mərkəzləri vasitəsi ilə 26 minə yaxın müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla müraciətlərin əksəriyyəti icra edilib.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »