Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da seçkilərin ilkin nəticələri bəlli oldu

ABŞ Konqresini yenidən qaydaya salmaq üçün təşkil edilən aralıq seçkilərin ilkin nəticələri bəlli olub.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, seçkilərdə Demokratlar Partiyası Respublikaçılar Partiyasının əlindəki əhəmiyyətli yerlərdə ard-arda zəfər çalıb.

Prezident Donald Trampın sevimli kanalı olan “Foks Nyuz” demokratların Nümayəndələr Palatasında üstünlüyünü əldə etdiyini elan verib.

Respublikaçılar isə Senatda zəfər çalmağa addım-addım yaxınlaşıblar. Demokratların əlindəki İndiana bölgəsi respublikaçılara keçib, Texasdakı kritik yarışı da Trampın partiyası qazanıb.

Amerikalı seçicilər Senatdakı 35, Nümayəndələr Palatasındakı 435 mandat üçün səsverməyə gedib. Medianın topladığı rəsmi olmayan ilkin nəticələrə görə, demokratların Nümayəndələr Palatasındakı 31 mandatına qarşı respublikaçılar bu vaxta qədər 36 mandat əldə edib. Palatadakı ilk mandat dəyişikliyi Florida və Vircinia ştatlarında baş tutub.

Miçiqan ştatından seçkilərə qatılan fələstin əsilli Rəşidə Tlaib yarışı qazanaraq Nümayəndələr Palatasına girən müsəlman qadın olub.

ABŞ mediası Senatda respublikaçıların, Nümayəndələr Palatasında isə demokratların üstünlük əldə etdiyini elan edir.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Son xəbərlər
Bütün xəbərlər »