Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Binəqədidə 7 evdən oğurluq edən şəxs saxlanıldı

Binəqədi rayonu ərazisində 7 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələri ərazilərində 5 evdən kombi, qaynaq aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılıb.

Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində daha 2 evdən məişət əşyaları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »