Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı başlayıb
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, proqrama uyğun olaraq iyulun 29-da Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə konsert olub. “Gənclərə dəstək” adlı bu konsertdə səhnə gənc musiqiçilərin ixtiyarına verilib. Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri Züleyxa Usubova (piano), Şeyda Ələsgərova (fleyta), Cəmilə Əsgərzadə (violin), Aytən İbrahimova (violin), Nərmin Rzayeva (piano), Mahir Tağızadə (bariton), İlahə Sadıqzadə (piano) çıxış edib.

Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə 2016-cı ildə yaradılan “Clarte” klarnet kvartetinin gənc üzvləri Anar Məmmədov, Məmməd Rəcəbli, Emil Bağırov, Şərif Bağırovun çıxışı da maraqla qarşılanıb. Musiqiçilər Avropa və Azərbaycan bəstəkarlarından A. Vyetanın “Rondino”, F. Əmirovun “Məhəbbət rəqsi”, K. Sen-Sansın “Rondo kapriççiozo”, İ. Dobrineskunun “The Lark”, İ. Ştrausun “Perpetuum mobile”, C. Robenin “Klezmen rəqsi”, A. Bazzininin “Cırtdanların yallısı”, F. Listin “Macar rapsodiyası”, S. Nəzərovun “5 Pyes”, Q. Qarayev və C.Hacıyevin “Vətən operasından Mərdanın ariyası”, V. A. Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyasını səsləndiriblər. Konsert proqramı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, avqustun 3-dək davam edəcək beynəlxalq musiqi festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər - Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus və başqaları iştirak edəcək. Festival günlərində Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri, Tələbə Simfonik Orkestri, “Femusa” kamera orkestri, “Clarte” klarnet kvarteti, “Furioso” kvartetinin konsertləri olacaq.

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »