Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tehran ABŞ-a meydan oxudu: "Peşman olacaqsınız!"

“Donald Tramp administrasiyası İrana qarşı həyata keçirilən siyasətin təsirli olmadığını başa düşəcək. ABŞ rəhbərliyi bu məntiqsiz addımlardan peşman olacaq”.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İrana qarşı sanksiyaların ikinci paketini tətbiq etməsini şərh edərkən bildirib.

“ABŞ-ın əvvəlki prezidentləri təcrübə qazandıqca İrana qarşı davranışlarını dəyişdirdilər”, - İranın xarici siyasət idarəsinin başçısı deyib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ İrana qarşı sanksiyaların ikinci paketini tətbiq edib. Bu sanksiyalar İranın enerji resurslarına qarşıdır. ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə idarəsi yeni sanksiyaların mətnini dərc etdi. İdarənin qərarına uyğun olaraq, İran hökuməti, təhlükəsizlik qurumları və Mərkəzi Bankı ilə bağlı şəxslərin və şirkətlərin ABŞ-ın yurisdiksiyasında olan bütün aktivləri bloklanacaq. (Publika.az)

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Nikah pozulan zaman azyaşlı uşaqlar kiminlə qalmalıdır?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
Son xəbərlər
Bütün xəbərlər »