Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: "ABŞ geri çəkilsə də..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla bağlı açıqlama verib.

Nazir sanksiyaların tamamilə qeyri-qanuni olduğunu və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarını ciddi şəkildə pozduğunu bildirib.

İspaniyalı həmkarı Yosef Borrel ilə görüşdən öncə jurnalistlərin suallarını cavablandıran Lavrov vurğulayıb ki, sanksiyaların elanı və tətbiqi üsulları qarşı tərəfi incidəcək şəkildə həyata keçirilib. Nazir ABŞ-ın sanksiyalarına rəğmən, İranla iqtisadi münasibətləri inkişaf etdirmənin yollarını axtaracaqlarını ifadə edib.

Rusiya rəsmisi qeyd edib ki, ABŞ razılaşmadan geri çəkilsə də, həm Avropa ölkələri, həm Rusiya, həm də Çin İranla razılaşmada qaldıqlarını bir daha dəqiqləşdirib. (Publika.az)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »