Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlət yardım mərkəzləri yaradılarsa, ailələrin dağılmasının qarşısı alınacaq” - Ekspert
Məişət zorakılığından əziyyət çəkənlər üçün dövlət yardım mərkəzlərinin yaradılmasına ehtiyac var.

Bu barədə bizimyol.info-ya açıqlamasında hüquq müdafiəçisi Mehriban Zeynalova bildirib.

O, qeyd edib ki, bu mərkəzlər profilaktik və qabqalayıcı tədbirlər üçün effektlidir: “Mərkəz əməkdaşları qiymetləndirmə aparacaq və məişət zorakılığından əziyyət çəkənlərə huquqi psixoloji və ya tibb müəssisəsinə göndərişi təmin edəcək. Həmin şəxsin işi yoxdursa, həmin mərkəz onu peşəyə hazırlayacaq”.

M.Zeynalova qeyd edib ki, bu prosesdə sosial işçi ailə və ya fərdlə sıx əməkdaşlıq edir: “Ailədə şiddət, münaqişə varsa, onun səbəbləri araşdırır və həlli yolunda yardımçı olur. Yox əgər ailədə şiddət təhlükəli halı keçibsə, o zaman sığınacağa yerləşdirilir. Planı həyata keçirilir. Dövlət yardım mərkəzləri yaradılarsa, bu həm sığınacaqların artmasının, həm də ailələrin dağılmasının qarşısını alacaq”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »