Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı

Günəş tacını tədqiq etmək üçün NASA tərəfindən kosmosa göndərilən “Parker Solar Probe” aparatı Günəşə yaxınlaşıb.

Bu barədə NASA-dan açıqlama verilib.

“Günəşin ölümcül istisi və radiasiyası ilə qarşılaşan “Parker Solar Probe” kosmik aparatımız Günəşə ilk yaxınlaşmasını həyata keçirib. Aparat günəşin 24 milyon kilometrliyindədir. Bu, rekord göstəricidir”, - deyə açıqlamada bildirilib.

NASA-dan bildirilib ki, kosmik zond 343 min kilometr/saat sürətlə hərəkət edir. Maksimum yaxınlaşma nöqtəsində 19.9 milyon selsi dərəcə qeydə alınıb.

29 oktyabr tarixində isə alman-amerikan zondu “Hellios” Günəşə 26 milyon kilometr məsafədə yaxınlaşmışdı.

Astro fizik Yucin Parkerin şərəfinə adlandırılan “Parker Solar Probe” kosmik aparatı avqust ayında kosmosa göndərilib. 7 il ərzində Günəşin ətrafında 24 dövrə vuracaq. (Olke.az)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »