Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hakimliyə və deputatlığa namizəddən rüşvət almaqda təqsirləndirilən şəxsin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində deputatlığa və hakimliyə namizədlərdən rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası noyabrın 13-nə təyin edilib.

E.Babayev Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdara rüşvət almaqda) təqsirləndirilir. İş üzrə Akif Şəmiddin oğlu Rəhimov və Elvar Mirzələkbər oğlu Xəlilov zərərçəkən şəxslər qismində tanınıblar.

Zərərçəkmiş A.Rəhimov 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.

Digər zərərçəkmiş E.Xəlilov isə hüquqşünasdır. O, 2009-cu ildə hakimiliyə namizədlərdən olub.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »