Natiq Binyətov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Hadisə rayonun Şamaxının Acıdərə yaşayış massivində baş verib. Çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.
İlkin məlumata görə qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini parçalayaraü öldürüb. Bunu görən Natiq Binyətov da Zaur Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb.
Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və Natiq Binyətov özü ilə gətirdiyi ov tüfəngi ilə Zaura 7 dəfə atəş açıb. Zaur Hacıyev hadisə yerində ölüb.
N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.
Rəşad VAQİFOĞLU