Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyat yoldaşını öldürmək istəyən ərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Bizimyol.info xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə bu il Bakının Cavadxan küçəsində yerləşən mənzildə baş verib.

1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva həyat yoldaşı ilə mübahisə edib. Əri onu qısqanclıq zəminində döyüb. Daha sonra qadın qol və boğaz nahiyələrindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

A.Əhmədov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən afam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »