Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İdmançılarımız Milanda keçirilən dünya çempionatında - Fotolar
İtaliyanın, Milan şəhərində WFC konfederasiyası tərəfindən dünya çempionatı keçirilib.

Bizimyol.info xəbər verir ki, dünya çempionatında həm peşəkar, həm də həvəskar döyüşlər üzrə Azərbaycanı Kempo klubunun 3 idmançısı müxtəlif versiyalar üzrə təmsil edib.

Təşkilatın rəhbəri Rauf İbrahimovun verdiyi məlumata görə çempionatın ilk günü DİN İC nin təlimatçısı Qurbanov Emil kişilər arasında -70 kq çəki dərəcəsində Full Kontakt (peşəkar) üzrə birinci yer qazanıb. Çempion olan şəxslərə təltif etmədə medal və diplomla yanaşı çempionatın qalibi kimi kəmərlər də təqdim edilib.

Növbəti gün gənclər arasında Full Kontakt versiyası üzrə (həvəskar) - 65 kq çəki dərəcəsində Hüseynov Vasif yarışın final mərhələsində fransız idmançısına məğlub olaraq ikinci yerlə kifayətlənməli olub. Digər idmançı Ağayev Ümüd isə Full Kontakt versiyası üzrə 60 kq çəki dərəcəsində bütün rəqiblərinə üstün gələrək həmin çəkidə çempionatın qalibi olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »