Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüqar Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Rasim Sadıxovun sədrlik etdiyi kollegiyanın hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. V.Rəsulovun barəsində seçilmiş polisin nəzarətinə qətimkan tədbiri ləğv olunub və məhkəmə zalında həbs edilib.

Hadisə Şamaxı rayonunun Pirsaat kəndi ərazisində baş verib. Həmin ərazidə "VAZ-21015" markalı minik avtomobili qarşı tərəfdən gələn "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Seymur Niftəliyev, 1984-cü il təvəllüdlü Rahil Niftəliyev, 1940-cı il təvəllüdlü Nərminə Niftəliyeva, 1988-ci il təvəllüdlü Sahil Məmmədov və Lumu Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Daha sonra yaralılardan ikisi dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan "Shacman" markalı yük avtomobilinin sürücüsü V.Rəsulovun barəsində polisin nəzərətinə verilmə qətimkan tədbiri seçilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »