Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
56 həmcinsindən oğurluq edən qadının məhkəməsi başlayır
Bakıda oğurluqda ittiham edilən Gülnarə Novruzovanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Bizimyol.info xəbər verir ki, iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim İbrahim İbrahimlinin icraatına verilən iş üzrə hazırlıq iclası noyabrın 12-nə təyin edilib.

Cinayət işi üzrə 56 nəfər zərərçəkmiş qismində tanınıb. Həmin şəxslərin hamısı qadınlardır.

Rəsmi məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən qadın ifşa edilib.

Belə ki, ötən il iyunun 15-də və 28-də əcnəbi vətəndaşın cibindən 180 ABŞ dolları, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən G.Novruzova Şirvan şəhəri ərazisində tutulub.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib. Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan G.Novruzovanın ətrafında Nəsimi RPİ 21-ci PB-nin və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılan əlavə tədbirlərlə onun mayın 4-də, 19-da və 24-də paytaxt sakinləri olan 3 qadının çantalarından 300 manat, 200 avro və 200 ABŞ dolları, 1000 manat olan pulqabı, habelə sənəd oğurlaması da müəyyən edilib.

Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilib.

Xatırladaq ki, əvvəllər məhkum olunmuş G.Novruzova bu cinayətə kimi dəfələrlə oğurluq üstündə tutulsa da, hamilə olduğundan onun barəsində həbs qətimkan tədbiri seçmək mümkün olmayıb.

Cinayət işi üzrə 56 nəfər zərərçəkmiş qismində tanınıb. Həmin şəxslərin hamısı qadınlardır.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »