Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda heyvan bazarında 8 kiloqrama yaxın narkotik aşkarlandı

Cəlilabadda külli miqdarda narkotik maddə aşkarlanıb.

Bizimyol.info-un Trend-ə istinadən məlumatına görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iri və xırda buynuzlu heyvanların satışı bazarının həyətində ayaqyolunun arxa tərəfində torbada 3 ədəd bağlama aşkar edilərək götürülüb.

Həmin bağlamalar məhkəmə kimyəvi ekspertizaya təhvil verilib.

Ekspertizanın rəyinə görə, torbada ümumi çəkisi 5702 qram tünd qəhvəyi maddə, 2 min qram isə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik tərkibli tiryək olduğu müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Hökumət hansı məhsulların qiymətinin artdığını açıqlayıb
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
Son xəbərlər
Bütün xəbərlər »