Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı futbolçularının adları - Yeni siyahı

“Pari Sen-Jermen”in və Fransa yığmasının hücumçusu Kilian Mbappe “CİES Football Observatoru” araşdırma mərkəzinin təqdim etdiyi dünyanın ən bahalı futbolçuları siyahısında ilk pillədə qərarlaşıb.

Bizimyol.info Axar.az-a istinadla xəbər verir ki, 2018-ci il dünya çempionatının qalibinin dəyəri 216,5 milyon avro təşkil edir. Mbappedən sonra ən bahalı oyunçu “Tottenham Hotspur” və İngiltərə yığmasının hücumçusu Harri Keyn hesab edilir (197, 3 milyon avro). İlk üçlüyü Paris klubunun hücumçusu Neymar qapayır (197 milyon avro).

CİES-in siyahısında ən bahalı futbolçular arasında ilk 10-luqda Məhəmməd Salah (“Liverpul”, 173 milyon avro), Filipp Koutinyo (“Barselona”, 171,3 milyon), Lionel Messi (“Barselona”, 170,6 milyon), Rahim Sterlinq (“Mançester Siti”, 164,6 milyon), Romelu Lukaku (“Mançester Yunayted”, 164,3 milyon), Dele Alli (“Tottenham”, 163,4 milyon) və Antuann Qrizman (“Atletiko”, 157,7 milyon) yer alıblar.

Son xəbərlər
Bütün xəbərlər »