Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə 2 avtomobil toqquşub

Gəncə şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq girişində, Gəncə qala qapılarının yanında qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili ilə digər avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri və yaralıların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »