Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində aparılan kadr dəyişiklikləri barədə məlumat

Son günlər bəzi saytlarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə bağlı dezinformasiya yayılmaqdadır.

Belə ki, Gəmiçiliyin Təchizat departamentində aparılan kadr dəyişikliyini əksər saytlar yanlış tərəfə istiqamətləndirirlər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC olaraq bildirmək istəyirik ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

Şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir Əliyev Təchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin İdarəedilməsi departamentində davam etdirəcəklər.

Saytlarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini Cəbrayıl Mahmudlunun səlahiyyətlərinin əlindən alınması ilə bağlı yayılan məlumatlar da həqiqətləri əks etdirmir. O, hazırda da öz vəzifəsini icra etməkdədir.

Gəmiçilik olaraq jurnalistləri yoxlanılmamış və əsassız məlumatları tirajlamamağa çağırırıq.

Son xəbərlər
Bütün xəbərlər »