Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
181 sərnişinin öldüyü təyyarə qəzasının səbəbi bəlli oldu

İndoneziyanın “Lion Air” aviakompaniyasının qəzaya uğrayan “Boinq 737” təyyarəsinin sürət göstəricisində nasazlıq aşkarlanıb.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, təyyarənin həm qəza ilə nəticələnən, həm də əvvəlki uçuşları zamanı sürət göstəricisi düzgün işləməyib. İndoneziyanın nəqliyyatda təhlükəsizlik komitəsinin məlumatına əsasən, sürət göstəricisinin nasazlığı “qara qutu”nun oxunması zamanı müəyyənləşib. Komitə rəhbərinin sözlərinə görə, beləliklə, pilotlarda sürət və yüksəklik barədə məlumatlar yanlış olub.

Bununla yanaşı, qəzanın səbəbləri barədə rəsmi nəticə hələlik elan edilməyib.

Xatırladaq ki, oktyabrın 29-da Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boinq 737 MAX” təyyarəsi havaya qalxdıqdan bir qədər sonra Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »