Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abşeron yarımadasında günümüzə gəlib çatan 7 qaladan biri - Video
"Keçmişdə Abşeron yarımadasında 30-a yaxın qala olub. Bu qalalar XII-XIV əsrlərdə inşa edilib. Müasir dövrümüzədək gəlib çatan 7 qaladan biri də Nardaranda yerləşir".

Bu barədə bizimyol.info-ya açıqlamasında tədqiqatçı Faiq Nəsibov bildirib.

Tədqiqatçı deyib ki, istehkam tipli dairəvi qala ağ daşdan tikilib: "Şirvanşahlar dövründə həm müşahidə, həm də müdafiə məqsədilə istifadə olunub. Qalanın üzərindəki kitabədən məlum olur ki, bu qala "Mahmud Səəd oğlunun əməli"dir və inşa tarixi 1301-ci ilə aiddir".

Faiq Nəsibov bildirib ki, bu qala hündürlüyü 12.5 m olan bürcdən və onu əhatə edən divarlardan ibarətdir: "Bürc kvadratşəkilli həyətin ortasın da yerləşir. Həyət 6 m hündürlüyündə divarla hasara alınıb. Hasarın künclərində dairəvi mə həccəri və mazğalları olan qüllələr var. Qalanın bürcü üç yarusa bölünmüş və yarusların hər üçü yastı daş günbəzlə örtülmüşdür, yaruslar arasında daş pilləkənlər var. Nardaran qalası qülləsinin döşəmənin ortasındakı kiçik dördkünc deşikdən qalanın içərisindəki quyuya yol vardır. Bu quru quyu ehtimallara görəqalanın yaxınlığındakı piri, xan sarayını və başqa tikililərini birləştirən jeraltı yola, başqa ehtimalara görə su qaynaqlarına açılırmış".

Ramid İbrahimov

https://www.youtube.com/watch?v=a2dxu3aM2uc

Son xəbərlər
Bütün xəbərlər »