Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının gül salonlarında narkotik bitki satılır
Rusiyada narkotik tərkibli bitkilərin siyahısına ölkənin gül mağazalarında son günlərə qədər sərbəst satılan "mimoza xostilis" də daxil edilib. Məlum olub ki, bu gözəl, cazibədar bitkinin qurudulmuş hissələri özündə psixoaktiv maddə - dimetiltriptamini saxlayır. Bu adi sarı çiçəkləri olan və “8 Mart”da qadınlara hədiyyə edilən mimoza deyil. Əslində bizim mimoza adlandırdığımız akasiyadır və onda zərərli heç nə yoxdur. Yayda çəhrayı çiçəklər açan Lənkəran akasiyasını da bizdə mimoza adlandırırlar. Bu bitki də tamamilə zərərsizdir. Əsl mimoza isə yaşıldır və məhz onda güclü psixotrop maddə var.

Bakı Şəhər Narkoloji Dispanserindən virtualaz.org-a bildiriblər ki, Rusiyada narkomaniyaya meylli gənclər çoxdan bu mimozadan istifadə edirlər. Ondan istifadə zamanı bitki hallüsinasiyalara səbəb olur , beyin dumanlanır. Həm də bu narkotikin təsirindən daha pisdir. Hətta elə hallar olub ki, bu bitkinin “azarkeşləri” yaşıl budaqlardan çəkdikdən sonra özlərini eyvandan tullayıblar.

Narkoloqlar iddia edirlər ki, son zamanlar bu ucuz və effektiv narkotik vasitədən Azərbaycanda da istifadə edirlər.

“Qafqazinfo” xəbər verir ki, Virtualaz.org metronun "28 May" stansiyasının yaxınlığında yerləşən gül mağazalarında satışda həmin mimoza bitkisinin olub-olmaması ilə maraqlanıb. Məlum olub ki, kəsilən budaqları adətən buketlərin dekoru üçün istifadə edilən bu mimoza onlarda aprel-may aylarında olur.

Cəmi bir manat qiyməti olan bu bitki ölkənin cənub regionlarından – daha çox Lənkəran və Lerikdən gətirilir.

Botanika İnstitutundan Azərbaycanın cənubundakı dağlıq rayonlarda mimozanın yabanı halda bitdiyini təsdiqləyiblər. Amma ehtimal ki, bunu oradan mimoza və ya ayıdöşəyi (qıjı) adı ilə yığaraq satırlar. Adi normal insanlar bundan narahatlıq keçirməməlidirlər. Çünki psixotrop maddə yalnız mimozanın qabaqcadan qurudulmuş budaqlarının yandığı vaxt alınır.

Amma Rusiyada bu bitkinin qadağan olunmasından sonra bizdə də hüquq-mühafizə orqanlarının narahat olmasına əsas var.

Qeyd etmək lazımdır ki, dünyada bu bitkinin narkotik effekti çoxdan məlumdur. Latın Amerikasında, xüsusən də Braziliyada, hələ əsrlər əvvəl bu bitkinin hissələrindən psixoaktiv maddələrin hazırlanmasında istifadə olunub.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »