Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yasamal rayonu sahibsiz itlərin məskəninə çevrilib - Şikayət
Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində sahibsiz itlər insanları qorxuya salıb.

Biziomyol.info-ya məlumat verən sakinlərin sözlərinə görə adıçəkilən ərazi uzun müddətdir ki, sahibsiz itlərin ünvanına çevrilir. Məsələ ilə bağlı aidiyyatı icra orqanlarına məlumat verildiyini, lakin heç bir tədbir görülmədiyini bildiriblər.

Onların sözlərinə görə ərazidəki itlərin heç biri zərərsizləşdirilməyib:

"Biz məsələ ilə bağlı dəfələrlə yerli icra orqanlarına məlumat vermişik, lakin ərazi gördüyünüz kimi sahibsiz itlərlə doludur. Heç birinin qulağında da zərərsizləşdirilməsini bildirən işarələr (birkalar) vurulmayıb. Görünür ki, hər birimiz üçün təhlükə mənbəyidir bu itlər. Xahiş edirik ki, müraciətlərimizə baxılsın və ərazi itlərdən təmizlənsin".

Redaksiyamıza daxil olan fotoşəkilləri oxucularımıza təqdim edirik:

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »