Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan İrana ikimərhələli sanksiyalar: Gərginlik regiona nə vəd edir? - Şərh
ABŞ prezidenti Donald Trampın nüvə müqaviləsindən çəkilmə qərarını açıqlamasının ardından ABŞ maliyyə nazirliyi İrana qarşı sanksiyaların 90 və 180 günlük iki mərhələylə yenidən tətbiq olunmağa başlayacağını bildirib.

Bu çərçivədə 90 günün ardından ilk sanksiyalar 7 avqustda dövrəyə girib. ABŞ maliyyə nazirliyinin verdiyi 180 günlük müddətin bitməsi ilə ikinci mərhələ sanksiyalar bu gün Azərbaycan saatı ilə saat 9:00-dan başlayır. Sanksiyalarının ikinci maddəsini isə neftlə bağlı əməliyyatlar təşkil edir. İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) kimi təşkilatları da əhatə edən sanksiyalar, İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satın alınmasına məhdudiyyətlər qoyur.

-ABŞ-ın İrana tətbiq etdiyi ikimərhələli sanksiyalar İranı hansı addımlar atmağa təhrik edəcək?

Sualımızı cavablandıran Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli qeyd edib ki, İranın dili lideri Ruhaninin sözlərindən sanksiyalara hazır olmadığı açıq aydın görünür:

-Öncə bu suala cavab tapaq, Tramp nə istəyir? 1997-ci ildən etibarən ABŞ İrana sanksiya tətbiq edir. Əsas arqumentlər də bunlardır; İnsan haqlarının pozulması, terorra dəstək və nüvə silahı üzərində fəaliyyət. Sonrakı illərdə Avropa Birlyinin də dəstəyi ilə İrana qarşı embarqo qoyan dövlətlərin sayı artdı. Külli miqdarda ziyana düşən İran administrasiyası müəyyən güzəştlərə getməli oldu və 5+1 formatı ilə danışıqlar baş tutdu. Obama dövründə İrana tətbiq edilən sanskiyalar azaldıldı. Münasibətlər xeyli istiləşdi. O vaxta qədər ki, Tramp kimi realist, biznes faktoruna söykənən rasional şəxsin hakimiyyətə gəldi Bu ilin may ayından etibarən isə Tramp birtərəfli olaraq İranla bağlı müqavilələrdən çəkildi.

Və bilinən bir gerçək vardı ki, artıq heç nə əvvəlki kimi olamayacaq, bu dəfə İrana qarşı tarixin ən ağır və sərt sanskiyalar tətbiq ediləcəkdi.

Elə də oldu, ABŞ prezidenti Donald Trampın nüvə müqaviləsindən çəkilmə qərarını açıqlamasının ardından ABŞ maliyyə nazirliyi İrana qarşı sanksiyaların 90 və 180 günlük iki mərhələylə yenidən tətbiq olunmağa başlayacağını bildirdi.

Bu planın birinci mərhələsi avqustda, ikinci mərhələsi isə bu gün Bakı vaxtı ilə saat 9-dan etibarən tətbiq olunmağa başladı.

Bu sanklsiyalar 6 maddəlidir və gəmiçilik, daşımalar, limanlar, İran neft şirkəti, İran bankı da daxil olamaqla bu əhatədə əməliyyatların bloklanmasına başlanılıb.

İrana qarşı sanksiyaların 5-ci və 6-ci maddələrində isə İran enerji sektoruna qarşı məhdudiyyətlər var.

Sonuncuda isə 700 iranlı VİP şəxsə qadağalar yer alıb.

Bu saatlarda ölkə prezidenti Ruhani açıqlama verdi ki, sanksiyaların “zəif” tərəflərini tapacaq və yaradılan bu qapalı dairəni dəlməyi bacaracaqlar. O daha sonra açıqlaması ilə eyham vurub ki, Trampın bu “kobudluğuna”qarşı Avropa Birliyi ölkələri ilə əməkdaşlığa açıqdır.

O hesab edir ki, İran hakimiyyətinin yanında güclü iranlılar var. Hiss edilir ki, İran artıq bu sanksiyalara qarşı gözünü Avropa Birliyindən və Rusiaydan veriləcək “hava balonu”na dikib, konkret planları hazır deyil.

-ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların məqsədi nədir və ABŞ bununla nəyə nail olmağa çalışır?

-İranı yuxarıda dediyim üç məsələdə güzəştlərə getməsinə nail olmaq. Əslində isə o üç arqument heç də ABŞ üçün vacib deyil.Onun ən yaxın müttəfiqi Səudiyyədə hansı insan haqlarının qorunmasından söhbət gedir ki, bu günlərdə Qaçıqçı olayı ilə dünyanı sarsıtdılar, amma onlarla gözün – üstündə qaşın var deyən olmadı. Demək ki, əslində o üç arqumentin heç biri düz deyil.

ABŞ istəyir ki, sonuncu dəfə İŞİD-ə qarşı müttəfiqlik etdiyi İran güclü olmasın, zəif olsun. Hətta burda məşhur bir hadisəni də misal çəkmək yerinə düşər:

“Kondoliza Rays məruzə üçün Buşun yanına gəlir.

-Təzə nə xəbər var?

-Cənab prezident, iki xəbər var. Biri pis, digəri yaxşı.

-Yaxşını denən.

-İraqda müharibə bitdi.

-Əla! Bəs pis xəbər?

-Qalib tərəf İran oldu”.

Baxın, burda həmin sirr üzə çıxır. İranın gücünü tükətmək, onun son 10 ildə əldə etdiyi mövqelərdən – İraq, Suriya, Livan, Yəməndən çıxartmaq.

Sanksiyalardan sonra İran rialı 80 faiz devalvasiyaya uğrayıb, neft ixracı 45 faiz düşüb. İqtisadi gərginliyin ardınca da cənubda ərəbləri, şimalda da türkləri ayaqlandırmağa çalışırlar. Buna müvəffəq olacaqlar, az da olsa.

-Sanksiyaların İrana tətbiqi Azərbaycandan da yan keçməyəcək. Azərbaycana sanksiyalardan hansı müsbət və mənfi təsirlər gözlənilir?

-Şübhəsiz bizim üçün dəhşətli nəticələri ola bilər. Azərbaycanda 700 İran şirkəti fəaliyyət göstərir.

İldə 20 min TIR sərhəddimizi keçir. Milyon yaxın tursit qəbul edirik bu ölkədən, milyard dollarlıq birgə investisiya layihələrimiz var.

Bütün bunlara görə, Azərbaycanı beynəlxalq aləm təhdid edə bilər.

Təkcə, bizim itkimiz bu olmayacaq. İranın iqtisadi çöküşü orada yaşayan 45 milyon azərbaycanlını da çıxılmaz duruma salacaq və bu, birbaşa bizim üzərimizdə götürə bilməyəcəyimiz yükə çeviriləcək.

-ABŞ-ın sanksiyalarına Qafqaz sinə gərəcək yoxsa ABŞ-ı dəstəkləyəcək? - Regionda nələr gözlənilir?

-Regionda ABŞ-ın sanksiyalarına qarşı Türkiyə - Rusiya – İran üçbucağı formalaşıb. Qafqaza gəldikdə, Rusiyanın şəriksiz nüfuzunu sıfırlamaq üçün Ermənistanda Paşinyan, ondan öncə Gürcüstanda isə Saakaşvili hakimiyyətə gətirildi.

Açığı, üç Cənubi Qafqaz ölkəsindən bu halda da Rusiyanı, İranı heç bir təhlükə təhdid etmir. Amma Rusiyanın ən zəif yerini tapıblar, Şimali Qafqazda İŞİD xortlaması dəhşətli nəticələrə səbəb ola bilər.

Ona görə də bu, daha çox böyük dövlətlərin düşünəcəyi məsələdir. Azərbaycanı, Gürcütsanı qarantiyaya alan beynəlxalq investisiyalar var.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »