Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkar Qadınlar Assosiasiyası SOS Uşaq Kəndi ilə görüş keçirib
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası (AQSİA) SOS Uşaq Kəndi ilə görüş keçirib.

Bizimyol.info xəbər verir ki, AQSİA-da keçirilən görüşdə SOS Uşaq Kəndinin milli direktoru Rəşad Hüseynov, AQSİA-nın icraçı direktoru Təranə Məmmədova, AQSİA-nın Sosial iş departamentinin rəhbəri Gülnarə Xəlilova, “Loqos” un QHT şöbəsinin rəhbəri Leyla Kərimova, “Loqos” un Marketinq şöbəsinin rəhbəri Günel Axundova və Sos Uşaq Kəndinin nümayəndəsi iştirak ediblər.

Tədbirdə SOS Uşaq Kəndi Proqramı çərçivəsində AQSİA ilə qurulacaq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki tərəf SOS Uşaq Kəndində yaşayan uşaqlara, gənclərin gələcək həyatlarında sahibkarlıq o cümlədən, onların işlə təmin olunması məsələsini müzakirə ediblər.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »