Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror baldızını öldürməyə cəhddə təqsirləndirilənə cəza istədi
Dinar Təhməzovun 15 il müddətinə azadlıqdan məhrum edilməsi təklif edilir

Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, D.Təhməzovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 12-də davam etdiriləcək.

Ağcəbədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanıb. O, keçmiş həyat yoldaşından uşaqlarını görmək istədiyini tələb edib.

Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

D.Təhməzov elan olunmuş ittihamla razılaşmadığını deyib.

O bildirib ki, baldızı Nuranə Fərzəliyevanı öldürmək niyyəti olmayıb: "Həyat yoldaşım məndən 13 yaş balacadır. Mən onu sevib evlənmişəm. Arvadım namaz qılmağa başladı. Çox gözəl yaşadıq. Baldızım Nuranə də bizim qonşuluqda yaşayırdı. Mən qısqanc idim. Bundan istifadə elədilər. Yalandan deyirlər ki, guya mən narkomanam, hər gün içib, arvadımı döyürmüşəm. Amma bir dəfə də belə hadisə olmayıb".

D.Təhməzov arvadınından ayrılmasının səbəbkarı kimi baldızını göstərib: "Bir dəfə "20 Yanvar"da metronun çıxışında dönər sifariş vermişdim. Gördüm ki, yoldaşım bacısı ilə gəlir. Onları izləyib evlərinə qədər getdim. Harada yaşadıqlarını öyrəndim. Sonra yoldaşımı görmək üçün həmin evə getdim. Yenə məni əsəbləşdirdi. Dedim ki, məni bu vəziyyətə siz saldınız. Öldürmək məqsədi ilə getməmişdim".

Zərərçəkmiş N.Fərzəliyeva məhkəməyə ifadəsində D.Təhməzovun yalan danışdığını deyir: "Bacımla aralarında sevgi olmayıb. Valideyn razılığı ilə evləniblər. Hər gün də evlərində dava-dalaş olub. Hamısı da qısqanclığa görə. Deyirdi ki, kimsə sənə baxır, niyə filankəsə salam verirsən? Balaca uşağa da salam verəndə söz-söhbət yaradırdı. Məhəllədə hiss elədim ki, kimsə məni izləyir. Arxaya baxdım ki, Dinar gəlir. Yanında da bir nəfər var idi. Sonra evə çatdım. Bir neçə dəqiqə sonra evdən çıxıb marketə getdim. Marketdən çıxanda Dinar qabağımı kəsdi. Dedi ki, burada nə edirsən? Elə bunu deyəndən sonra bıçağı çıxarıb vurmağa başladı. Əvvəlcə bud nahiyələrimə vurdu. Mən yerə yıxıldım. Bədənimə vurduqlarını dəqiq xatırlamıram. Qonşu qapını açanda o qaçdı".

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
››› İtkin düşən 21 yaşlı qız Bakıda tapılıb
Son xəbərlər
Bütün xəbərlər »