Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın məşhur pivə brendi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Azərbaycanın məşhur “Xırdalan” pivə brendi “International Beer Challenge 2018” beynəlxalq pivə müsabiqəsində qızıl medala layiq görülüb.

“International Beer Challenge” – dünyanın ən nüfuzlu müsabiqələrindən biridir. Müsabiqədə hər il 30-dan çox ölkədən yüzlərlə pivə növü iştirak edir, münsiflər heyəti qismində isə beynəlxalq səviyyəli tanınmış pivə ekspertləri çıxış edir.

Bu il müsabiqədə bütün dünyadan 800-dən çox pivə növü iştirak edib. Londonda keçirilmiş mükafatlandırma mərasimində “Carlsberg Azerbaijan”ın adından mükafatı şirkətin baş pivəbişirəni Vüqar Əhmədov qəbul edib.

“Carlsberg Azerbaijan” şirkətinin baş pivəbişirəni Vüqar Əhmədov: «“Xırdalan” pivəsi şirkətimizin qüruru və ölkəmizin ən məşhur pivəsidir. Təsadüfi deyil ki, o, həm azərbaycanlılar, həm də turistlər arasında populyarlıq qazanıb. Xüsusilə Avropa ölkələrindən olan turistlərin pivəmizi yüksək qiymətləndirməsi sevindirici bir haldır, çünki, məlum olduğu kimi, onlar bu içkini çox sevir və pivə haqqında böyük biliklərə malikdirlər. Bu cür nüfuzlu beynəlxalq müsabiqədə qızıl medal qazanmaq yalnız şirkətimizin deyil, bütün Azərbaycanın qələbəsidir, çünki “Xırdalan” milli səviyyəli brend hesab oluna bilər».

Müsabiqə və qaliblər haqqına ətraflı məlumatı aşağıdakı keçidə daxil olaraq əldə edə bilərsiniz:

http://www.internationalbeerchallenge.com/winners/2018

“Carlsberg Azerbaijan” pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir, şirkətdə təxmini 250 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). “Carlsberg Azerbaijan” şirkətinin büdcəyə illik ayırmaları təxmini 15 mln AZN təşkil edir, şirkət AR Vergilər Nazirliyinin vergi tərəfdaşı statusuna malikdir. Şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə təxmini 50 mln AZN təşkil edir. Şirkətin portfelində “Xirdalan”, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Baltika 4”, “Baltika Kuler”, “Efsane”, “Jiqulyovskoye firmennoye”, “Carlsberg”, “Holsten”, “Kronenbourg Blanc”, “Seth and Riley's Garage Hard Lemon”, “Karmi Sensual”, “Somersby” kimi məşhur brendləri mövcuddur.

“Carlsberg Group” 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. “Carlsberg Group” dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 41 mindən çoxdur.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Hökumət hansı məhsulların qiymətinin artdığını açıqlayıb
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
Son xəbərlər
Bütün xəbərlər »