Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerə çəkilən bayraqla bağlı məktəbdən açıqlama
Sosial mediada Bakı şəhər 20 nömrəli məktəb-liseyinin həyətində Azərbaycan bayrağının yerdə əks göstərən fotoşəkil yayılıb. Həmin görüntüdə şagirdlərin yerdə əks olunan bayrağın üzərində oynadığı görünür. Bu isə sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb və sərt şəkildə tənqid edilib, bayrağımıza qarşı məktəb rəhbərliyinin hörmətsizliyi kimi qiymətləndirilib.

Məsələ ilə bağlı 20 nömrəli məktəb-liseydən bizimyol.info-ya verilən məlumata görə, 9 noyabr–Dövlət Bayrağı Günü ilə əlaqədar şagirdlərin müxtəlif kompazisiya və proqramlara hazırlığı çərçivəsində bayraq rəsmi ətrafında uşaqların fotoçəkilişi aparılıb (həmin fotoşəkil əlavə olunur) və noyabrın 2-də məktəbin “Facebook” səhifəsində də paylaşılıb. Ondan sonra həmin rəsm silinənədək hansısa kənar şəxslər tərəfindən çəkilmiş videogörüntünün daha çox məqsədyönlü təşkil edildiyi ehtimal olunur.

Onu da qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən tədbirlərdə şagirdlərə dövlətçilik ideyalarına və dövlət atributlarına hörmət hissi aşılanır. Məktəblilər arasında Dövlət Bayrağı Günü ilə əlaqədar bədii qiraət, inşa yazı və rəsm müsabiqələri keçirilir”.

Ramid İbrahimov

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »