Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bayrağın yerə çəkilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb” - Açıqlama
Sosial mediada Bakı şəhər 20 nömrəli məktəb-liseyinin həyətində Azərbaycan bayrağının yerdə əks etdirən fotoşəkil yayılıb. Həmin görüntüdə şagirdlərin yerdə əks olunan bayrağın üzərində oynadığı görünür. Bu isə sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb və sərt şəkildə tənqid edilib, bayrağımıza qarşı məktəb rəhbərliyinin hörmətsizliyi kimi qiymətləndirilib.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bizimyol.info-ya bildirib ki, paytaxt məktəbliləri arasında 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar bədii qiraət, inşa yazı və rəsm müsabiqələri keçirilib: ““Bayraq haqqında” qanuna görə Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər var. Amma o məhdudiyyətlərdə deyilir ki, Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Amma yerə çəkilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.

Təəssüf ki, bəzən insanlar həqiqi vətənpərvərliklə “vətənşüvənliyi” dəyişik salırlar. Bəzi sosial media səhifələrində bir məktəbdə asfalt üzərinə çəkulmiş bayrağın üzərindən keçdiyi görüntüsü ciddi “müzakirə”lərə səbəb olub. Təbii həmin uşağın bu hərəkətinə haqq qazandırmaq fikrində deyiləm. Amma videogörüntünü çəkən şəxsin həmin uşağa irad bildirmək əvəzinə “sevincək” bunu lentə alıb ictimailəşdirməsi də bəzi “böyüklər”in də həmin uşaqdan fərqlənmədiyini göstərir”.

Ekspert qeyd edib ki, hər il bir sıra əlamətdar günlərdə uşaqlar arasında asfalt üzərində çoxsaylı rəsm müsabiqələri keçirilir: “Bu, bütün dünyada yayılmış tendensiyadır. Həmin müsabiqələrdə isə bütün atributlar və ən ehtiram göstərilən dəyərlər mövzusunda uşaqların yaradıcılığı əks olunur. Yəni, demək istədiyim odur ki, Bayraq Günü ərəfəsində məktəb şagirdlərinin tədbir üçün hazırladıqları kompazisiya üçün çəkmiş olduqları rəsm ətrafındakı qara fonlu hay-küy adekvat deyil”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »