Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2016-cı ildə həbs edilən iş adamı Rza Zərrabla bağlı Türkiyədə də həbs qərarı verilib.
O, İstanbulun Beykoz rayonundakı villasında təmir işləri apardığına görə 3 il müddətinə azadlıqdan məhrum ediləcək.
Belə ki, İstanbul boğazlı mənzərəsi olan villada təmir işləri aparmaq "Mədəniyyət və Təbiətin mühafizəsi ilə bağlı qanun"a ziddir.