Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “ABŞ İranla yeni razılaşma üçün açıqdır”
“Birləşmiş Ştatlar İranla yeni bir müqavilə bağlamağa hazırdır. Bu müqavilə, Tehranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyən və bu ölkənin bütün xoşagəlməz qərarlarını əhatə edir”.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların ikinci dalğasının başlaması ərəfəsində bəyan edib.

Ağ Ev başçısının sözlərinə görə, ABŞ İranın nüvə silahına olan yolunu sonsuzadək bağlayacaq, Tehranın “xoşagəlməz qərarlarının bütün spektrinə cavab verəcək yeni bir müqavilə bağlananadək tarixi sanksiyalar qüvvədə qalacaq”.

“Biz İran rejiminin nüvə ambisiyalarından imtina etməsinə, dağıdıcı davranışını dəyişdirməsinə, öz xalqının hüquqlarına hörmət etməsinə və dürüst danışıqlara dönməsinə çağırırıq. Biz bu işdə müttəfiqlərimizin dəstəyinə güvənirik”, - deyə Amerika lideri qeyd edib.

Qeyd edə ki, mayın 9-də ABŞ prezidenti Vaşinqtonun 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı “altılar” səviyyəsində imzalanmış müqavilədən çıxdığını bəyan edib. Həmin sənəd BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını, ABŞ və Avropa Birliyi tərəfindən tətbiq edilən birtərəfli məhdudlaşdırma tədbirlərini aradan qaldırır.

Tramp isə yalnız əvvəlki sanksiyaların qaytarılması üçün deyil, həm də yenilərinin tətbiqinə söz vermiş, bu istiqamətdə Dövlət Departamenti Vaşinqtonun İranın neft ixracından əldə etdiyi gəlirləri azaltma yönündə niyyətini açıqlamışdı.

ABŞ sanksiyalarının birinci hissəsi avqustun 7-də tətbiq edilməyə başlayıb. Bu məhdudlaşdırıcı tədbirlər xüsusilə İranın avtomobil sektoru, qızıl ticarəti və bir sıra qiymətli metalları əhatə olunur. Qalan sanksiyalar, o cümlədən İran neft sektoruna qarşı sanksiyalar, noyabrın 5-dən qüvvəyə minəcək.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Lukaşenko referendumun vaxtını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »