Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən çox qazanan qapıçıları - SİYAHI
Qapıçılar digər oyunçulara nisbətən göz önündə çox olmurlar. Amma bu onların oyunçulardan az qazanmasını bildirmir.

Milli.Az dünyanın ən çox qazanan qapıçılarını təqdim edir.

Siyahıya Almaniya milli komandası və Münhenin "Bavariya" klubunun şərəfini qoruyan Manuel Noyer başçılıq edir. O, Bavarlardan ildə 9 milyon avro alır.

2-ci sırada "Mançester Yunayted"in ispan qapıçısı David De Heyadır. Onun illik məvacibi 8,9 milyon avrodur.

"Real Madrid" və İspaniyanın sabiq qapıçısı, hazırda "Porto"nun şərəfini qoruyan İker Kasilyas ildə 6,4 milyon avro qazanmaqla 3-cü sırada qərarlaşıb

"Totenham"dan ildə 6 milyon alan Hugo Loris növbəti sıranın sahibidir.

Hal-hazırda Buffonun davamçısı kimi göstərilən "Milan"ın 19 yaşlı qapıçısı Gianluici Donaruma ildə 6 milyon avro qazanır və 5-cı yerdədir.

6-cı sırada 5,2 milyon avro qazanan "Arsenal" qapıçısı Peter Çexdir.

Tarixin ən güclü qapıçılarından hesab olunan Buffon ildə 5 milyon qazanaraq 7-ci sırada qalıb.

İtaliyanın "Torino" klubunun şərəfini qoruyan Siriqu ildə 4,2 milyon qazanaraq 8-ci pillədə qərarlaşıb.

"Çelsi"nin belçikalı əlcəyi Tibo Kurtua 9-cu yerdədir. O, London klubundan ildə 4,1 milyon avro alır.

10-cu yerdə isə Uruqvaylı qapıçı Fernando Musleradır. O, "Qalatasaray"dan 3,5 milyon avro qazanır.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »