Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çox arıq və ya kök olmaq ömrünüzü dörd il qısalda bilər
Nüfuzlu elmi Lancet jurnalında dərc edilən bir araşdırma çox arıq və ya çox kök olmağın insan ömrünü dörd il qısalda biləcəyini ortaya çıxarıb.

Bu sahədə aparılan ən böyük araşdırmalardan birini həyata keçirən alimlər Böyük Britaniyada həkim qeydiyyatında olan 2 milyon insanı nəzərdən keçirib.

Tədqiqatçılar 40 yaşdan yuxarı və bədən kütləsi indeksinin normal məsafəsi yuxarı səviyyəyə yaxın olan insanların ölüm riskinin ən aşağı olan qrupa daxil olduqlarını müəyyən ediblər.

İndeksdə 18,5-25 arası normal məsafə kimi qəbul edilir. Ən qısa ömrü olan qruplar isə bədən kütlə indeksinin aşağı və yuxarı hissələrində yer alanlardır.

Həkimlərin fikrincə, bir insanın artıq çəkili olub-olmadığını yoxlamağın ən etibarlı yolu bədən kütləsi indeksindən istifadə etməkdir.

Optimal səviyyə

Bədən kütlə indeksi normal məsafədə olan insanlarla müqayisə edildiyində artıq çəki xəstəsi olan kişi və qadınların ömür həddi 4,2 və 3,5 il daha qısadır. Çox arıq insanların isə gözlənilən ömür həddi kişilərdə 4,4, qadınlarda isə 4,5 il daha azdır.

Araşdırma nəticəsində bədən kütlə indeksinin avtobil qəzaları xaricində hər cür ölüm səbəbiylə əlaqəli olduğu məlum olub. Buna xərçəng, ürək-damar və tənəffüs yolları xəstəlikləri də daxildir.

Bədən kütləsi indeksi necə hesablanır?

Boyunuzu metrə ilə ölçün Məsələn, boyu 180 sm olan biri üçün: 1,8 x 1,8 = 3,24

Çəkinizi tapdığınız nəticəyə bölün. Məsələn, 75/3,24 = 23,1

Çıxan nəticə bədən kütlə indeksinizi göstərir.

Lakin normal bədən kütlə indeksinı sahib olmaq üçün bütün xəstəliklərə yoluxmaq riskinin aşağı olması mənasına gəlmir.

Araşdırmanı aparan heyətin nümayəndəsi Dr. Krishan Bhaskaran "Bir çox ölüm səbəbləri üçün optimal bir bədən kütlə indeksi səviyyəsi olduğunu müəyyən etdik. O səviyyədən aşağı və ya yuxarı olduqda o xəstəliyə yoluxmaq riski artır" deyir və əlavə edir:

"21-dən aşağı olan bədən kütlə indekslərində bütün səbəblərdən ölümlər artır. Lakin bunun xəstələnən insanın çəki itirməsiylə də əlaqəsi ola bilər".

"Bütün xəstəliklər bədən kütlə indeksi normal səviyyədən uzaqlaşdıqca artır. Buna görə də 3 kilo çəki atmaq və almaq belə bir fərq yarada bilər. Araşdırmanın nümunəsi çox böyük olduğu üçün az miqdarda çəkinin yaratdığı fərqi belə müəyyən edə bilirik".

Bəzi mütəxəssislər bədən kütlə indeksinin bir insanın sağlamlığını təhlil etməyin düzgün bir yolu olub-olmadığını araşdırır.

Lakin Exeter Universitetində diabet və obezite sahəsində çalışan Dr. Katarina Kos bunun düzgün bir üsul olduğunu düşünür.

Araşdırmanın həddən artıq çəkisi olan insanların arıqlaması nəticəsində sağlamlıqlarının da yaxşılaşacağını müəyyən etməsinin onun üçün bir sürpriz olmadığını bildirən Kos deyir: "Bir çox insan üçün bədən kütlə indeksi yaxşı bir ölçü üsuludur. Artıq diabetlə bağlı məlumatlar sayəsində aşağı kalorili qidalanma və çəki atmağın vəziyyəti yaxşılaşdırdığını bilirik. Bütün bunlar ömrü uzadan şeylərdir".

Araşdırmaya əsasən yaşlı insanlarda bir az artıq çəki zərərli deyil, onlar üçün qoruyucudur. Amma ötən il 60-69 yaş arası adamlarla bir araşdırma aparan Dr. Kos tədqiqatın bu hissəsi ilə razı deyil.(milli.az)

Son xəbərlər
Bütün xəbərlər »