Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda şirkət işçisi tutuldu
Bərdə rayonunda şirkət işçisi polis tərəfindən saxlanılıb.

"Report"un Qarabağ bürosunun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayonun Mirzə Ələkbər Sabir küçəsində yerləşən "Koroğlu" MMC-nin işçisi, Bərdə şəhər sakini Cəfərov Müşfiq Hümbət oğlu MMC-yə məxsus 52 min manat pulu mənimsəyib.

O, şirkətin pullarını yaşadığı evə aparacağı adı ilə 52 min manatı özü ilə götürüb. Sonra isə şirkətin rəhbərliyinə MMC-yə məxsus "Mercedes" markalı avtomobil ilə Yevlax-Ağdam avtomobil yolunun 20-ci kilometrliyində yol qəzasına düşdüyünü, qəzadan sonra huşunu itirdiyini, bu zaman pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Faktla əlaqədar Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Cəfərov Müşviq Hümbət oğlu "Koroğlu" MMC-yə məxsus 52 min manat pulu gizli yolla talayıb ələ keçirmək məqsədilə ilə MMC-nin ofisindən həmin miqdarda pulu götürdükdən sonra vəsaiti Ağdam rayonunun İmamqulubəyli kəndində yaşayan bacanağı İbrahimov Vüqar Qənaət oğlunun yaşadığı evdə gizlədib. Sonra isə Bərdə rayonunda qeyd olunan ərazidə süni avtoqəza şərait yaradıb və şirkətə 52 min manat pulun oğurlandığını deyib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Müşviq Cəfərov şübhəli şəxs qismində saxlanılıb və maddi sübut olan əskinaslar aşkar edilərək istintaqa təqdim edilib.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »