Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko ayaqqabını çıxarıb Nazarbayevə göstərdi

Belarus prezidenti Aleksandr Lukaşenko görüşlərin birində qazaxıstanlı həmkarı Nursultan Nazarbayevin onun ayaqqabısı ilə maraqlandığını bildirib.

Bu barədə BELTA agentliyinin məlumatında deyilir.

O, dövlət başçıları ilə görüşləri xatırladaraq, onların adətən İtaliya və digər ölkələrin istehsalı olan ayaqqabılara üstünlük verdiyini vurğulayıb.

“Belə görüşlərin birində Nazarbayev ayaqqabıları haradan aldığımı soruşdu. Mən isə dedim ki, yerli istehsaldır. Lakin Nazarbayev inanmadı və dedi ki, ola bilməz. Məcbur olub ayaqqabımı çıxarıb ona istehsalçının brendini göstərdim”, - deyən Lukaşenko yerli mallara üstünlük verdiyini xüsusi vurğulayıb. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »