Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və ABŞ sanksiyalarla bağlı razılığa gəliblər

Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, noyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Prezidentlərin telefon söhbətində qarşılıqlı şəkildə sanksiyaların aradan qaldırılmasına dair razılıq əldə edilib.

Qeyd edək ki, ABŞ vətəndaşı, keşiş Endryu Bransona qarşı cinayət işi ilə əlaqədar Ağ Ev Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül və daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etmişdi.

Türkiyə tərəfi də buna cavab olaraq ABŞ-ın daxili işlər naziri Rayan Zinke və ədliyyə naziri Ceff Seşins barədə oxşar addım atmışdı.

Xatırladaq ki, Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Branson oktyabrın 12-də azadlığa buraxılıb.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »