Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İçdiyimiz çayın bilmədiyimiz faydaları

Çay Şərq cəmiyyətlərinin vazkeçilməz içkisidir.

Xüsusən də Azərbaycanda çay içmək həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Zaman-zaman çayın faydaları və ziyanı barədə müzakirələr aparılıb. Bu yaxınlarda isə alimlər çayın bu günə qədər bilinməyən yeni faydalarını aşkar ediblər.

Çayın tərkibindəki polifenol və kateşinlər bəzi xərçəng növlərinin qarşısını alır.

Bundan başqa çayın tərkibindəki polifenol DNA xəstəliklərinin qarşısını alır.

Çay qarın bölgəsində yaranan yağlanmanın qarşısını alır.

Gündə ən azı 2 stəkan çay içmək stres hormonu olan kortizolun miqdarını azaldır.

yÇayın tərkibindəki fito kimyəvi maddələr sümüklərə faydalıdır və sümük qalınlığını artırır.

Çay arıqlamaq istəyənlər üçün də faydalıdır.

Gündə iki stəkan açıq rəngli və limonlu çay orqanizmin antioksidant ehtiyacını təmin edir.

Elmi tədqiqatlar nəticəsində məlum olub ki, çayın tərkibindəki L-Theanine sayəsində orqanizm rahatlıq əldə edir.

Qeyd edək ki, təcrübələrdə sağlam insanlar iştirak edib. Ürək, qan təzyiqi problemi olanlar isə həkimlə məsləhətləşməlidirlər. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »