Bizimyol.info xəbər verir ki, sanatoriyanın qarşısına vurulan məlumat lövhəsində yeni binanın tikintisinin 2012-ci ilin oktyabr ayında başlanıb, 2014-cü ilin sentyabr ayında başa çatması planlaşdılsa da, sanatoriyanın yeni binasının tikintisi yarımçıq qalıb.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, sorğuya 05.11.2018-ci il tarixində cavab veriləcək.
Xatırladaq ki, bu sanatoriyanın yeni binasının tikintisi ilə əlaqədar Prezidentin sərəncamı ilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 3 milyon manat vəsait ayrılıb.
Ramid İbrahimov









