Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra hakimiyyətindən silahlı şəxslərlə bağlı açıqlama: "Video bir neçə il öncə qeydə alınıb" - Video
Xəbər verdiyimiz kimi Sumqayıt şəhərində sahibsiz itlərin silahlı şəxslər tərəfindən məhv edilmləsi ilə bağlı videogörüntülər yayımlanıb.

Məsələyə dərhal reaksiya verən Sumqayıt Şəhər icra hakimiyyəti sözügedən görüntüləri araşdırıb. Bununla bağlı Bizimyol.info-ya açıqlama verən Sumqayıt icra hakimiyyətinin sözcüsü Eyvaz Qocayev bildirib ki, həmin görüntülər bir neçə il öncəyə aiddir və hazırda sahibsiz itlərin zərərsizləşdirilməsi müasir qaydalara uyğun şəkildə aparılır:

"Bu görüntülərlə biz də tanış olduq. Ola bilsin ki, bu video bir neçə il öncə qeydə alınıb. İllər öncə belə bir şeylər ola bilərdi, son dönəmlər isə vəziyyət tamamilə dəyişib. Artıq itlərin öldürülməsi ilə bağlı faktlara rast gəlinmir. Sumqayıt şəhər Təmizlik İdarəsi tərəfindən müasir üsullarla sahibsiz itlərin poliqona yerləşdirilməsi işləri aparılır. İtlərə zərər vermədən onlar tutulur və zərərsizləşdirilərək poliqonlara yerləşdirilir".

Bizimyol.info yayılan görüntüləri oxuculara təqdim edir:

https://youtu.be/SWNiy8sF9jI

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Nikah pozulan zaman azyaşlı uşaqlar kiminlə qalmalıdır?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
Son xəbərlər
Bütün xəbərlər »