Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Riyaziyyatda sehrli sual: 1 rəqəmini 998.001'ə bölsək - Sual və Həlli
Riyaziyyatdan az da olsa anlayan hərkəsin bildiyi bir nüans rəqəmlərin insanları ofsunlamağı və maraq yaratmağıdır.

Bizimyol.info yazıda rəqəmlərin kainatın ən gözəl nümunələrindən olduğunu bir daha göstərəcək.Hazır olun,1 rəqəmini 998.001'ə bölürük.

1 rəqəmini 998.001'ə böləndə ortaya çıxan nəticənin vergüldən sonrakı hissəsi qəribə bir vəziyət ortaya çıxardır.Belə ki, vergüldən sonrakı hissədə 0'dan 999'a qədərki bütün sayılar ard arda düzülür.Ortaya çıxan rəqəmi tam olaraq desək,belə olur: 0,000001002003004...996997999000...

Gördüyünüz kimi 000, 0001... deyə başlayaraq 999'a qədər gedir və sonrasında təkrar başa qayıdır.

Diqqətli olan oxuyucularımız o dəqiqə bir əskiklik olduğunu hiss edib 998 rəqəminin olmadığını gördü.Bəs bu qədər rəqəm arasında niyə sadece 998 yoxdur ? Bəs bu rəqəmin 998.001 ilə əlaqəsi varmı? Təbii ki!

998.001 rəqəmi, 999 rəqəminin "kvadratı" olduğunu bilirdinizmi?

1'i 9801 rəqəminə böləndə vergüldən sonrakı hissədə 98'dən başqa bütün iki rəqəmli ədədlər sırayla çıxır.9801-in də 99 rəqəminin "kvadratı" olduğunu öyrəndik.

Bəs niyə sondan bir öncəki rəqəm (998, 98, 8) itir?

Bunun səbəbini də məktəb vaxtından xatırlayarsınız; əldə var 1. Seriya başa qayıdan zaman bir gediş nəticəsində bu əlavə 1, 9'a əlavə olur və 9 da 0'a çevrilir, əldə yenə 1 olur. Bu 1 də 8'ə əlavə olunur və çevrilən rəqəm 9'un yerinə yenisi ortaya çıxır. Artıq başqa 1 qalmadı. Bu səbəblə də 7, 8'ə çevrilmir və çevrilən 8'in yeri boş qalır.

Nəticədə 998, 98 və 8 rəqəmləri ortaya çıxmır. Bu da belə! Riyaziyyat sizcə də möcüzəli deyil mi?

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »