Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA "Qarabağ"dan yazdı - "Artıq itiriləsi heç nə yoxdur"
UEFA "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmaq şansını dəyərləndirib.

Qol.az xəbər verir ki, qurumun rəsmi saytında Ağdam təmsilçisinin pley-off-a yüksəlmək şansını saxlamaq üçün növbəti turda mütləq Ukraynanın "Vorskla" klubuna qalib gəlməli olduğu vurğulanıb:

"Vorskla" axır ki, 9-cu cəhdindən sonra Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı. Növbəti 3 xal komandaya 1/16 finala vəsiqə uğrunda mübarizəyə qoşulmağa imkan verir. "Qarabağ"ın artıq itiriləsi heç nəyi yoxdur. Komanda yer aldığı E qrupunda nə xal toplayıb, nə də qol vurub. Azərbaycan çempionu əvvəlcə səfərdə "Sportinq"ə (0:2), ardından evdə "Arsenal"a (0:3) və "Vorskla"ya (0:1) uduzdu. Poltavalılar Bakıdakı qələbəyədək Londonda "Arsenal"a (2:4) uduzdular, evdə isə "Sportinq"ə (1:2) məğlubiyyətə barışdılar. "Qarabağ" növbəti məğlubiyətlə qrupdan çıxmaq şansını itirəcək".

Qeyd edək ki, "Qarabağ" "Vorskla" ilə noyabrın 8-də səfərdə qarşılaşacaq.

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »