Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unutqanlığı yaradan səbəblər və yaddaşı möhkəmləndirməyin yolları
Son zamanlar hərkəsi narahat edən problemlər içərisində unutqanlıq üstünlük təşkil edir. Bəzən biz əşyaların yerini, bəzən adları, bəzən ünvan və nömrələri və s. unuduruq və xatırlamaqda çətinlik çəkirik! Imtahan zamanı bu problemlə üz-üzə qalırıq sanki beynimizdə hər şey silinib! Unutqanlığın yaranma səbəbləri müxtəlifdir. Məsələn; düzgün qidalanmamaq , stress, hərəkətsizlik, yatdığınız vaxt elektronik cihazların açıq olması və s. Bunlar beyində unutqanlıq yaradan səbəblərdir!

Problemin həlli üçün nə etməli?

Stressdən uzaq durmalı! Yaddaş beyində neyronlar arasında assosiativ əlaqələrlə bağlıdır. Stress assosiativ əlaqələrin normal işləməməsinə təsir edərək yaddaşa mənfi təsir edir. Unutqanlığı bərpa etmək üçün gündəlik fiziki hərəkət etməli, idmanla məşğul olmalıyıq çünki hərəkət qan dövranını yaxşılaşdırır, beyin qanla düzgün qidalandığına görə yaddasa müsbət təsir edir. Telefon, internet, televizor kimi vasitələrdən mümkün qədər az istifadə etməliyik. B12, su omega 3, Cinko yaddaşı möhkəmləndirir! Krassvord etmək, zehni işlə məşğul olmaq yaddaşın bərpası üçün istifadə edilməlidir! Yaxud getdiyin bir məkanda ətrafa baxaraq əşyaları yaddaşa hifz edib, gözlərini yumaraq xatırlamaq, yaxud da sağ ilə yazırsınızsa sol ilə yazmaq, hər zaman istifadə etdiyiniz yoldan deyil, fərqli yol seçmək, yazdıqlarınızı unutmamaq üçün rəngli qələmlərdən istifadə etmək, yatmamışdan əvvəl dünən nə etdiklərinizi xatırlamağa çalışmaq. Bunlar hər biri unutqanlığın qarşısını alır və möhkəmlənməsinə kömək edir.

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər