Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İrəvan üzərində geosiyasi oyunlar gedir”

Politoloq Nəzakət Məmmədova: “Avropa Birliyi Ermənistandakı seçkilərə ciddi maraq göstərmir”

“Paşinyanın 2017-ci il ilin aprel ayında keçirilimiş parlament seçkilərinin legitimliyini şübhə altına alan bəyanatlar verməsi əslində onu hakimiyyətə gətirən qüvvələrin, konkret olaraq ABŞ-ın, Avropa Birliyinin bu ölkədəki ötən ilki seçkiləri demokratiyaya doğru atılmış addım hesab etdiyi fikrinin üzərindən xətt çəkir. Bu fonda 2017-ci ildəki parlament seçkilərində Ermənistana 7 milyon avro, indi isə cəmi 3 milyon avro ayıran Avropa Birliyinin əksinə olaraq, ABŞ Ermənistana yardımları artırmaq qərarına gəlib. "Minilliyin çağırışı" proqramı əsasında 2006-2008-ci illərdə Ermənistana 177 milyon yardım ayıran Dövlət Departamenti 2008-ci il martında Qərbyönümlü müxalifətə qarşı təzyiqdən sonra bu yardımı dayandırmışdı”.

Bu fikirləri bizimyol.info saytına açıqlamasında beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis, politolq Nəzakət Məmmədova deyib. O daha sonra bildirib: “Lakin Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsindən sonra ABŞ bu ölkəyə demokratik islahatlar, insan hüquqları, effektiv idarəetmə məqsədilə yardımları davam etdirmək qərarına gəlib. Avropa Birliyinin Ermənistana seçkilərlə bağlı 2017-ci ildə 7 milyon, indi isə cəmi 3 milyon avro ayırması regionda, konkret olaraq Ermənistan üzərində ABŞ və Avropa Birliyi arasında gedən geosiyasi oyunların təzahürüdür.

Belə ki, AB-nin ötən il işğalçı ölkəyə yardım, o cümlədən seçkilərə 7 milyon avro ayırmasının səbəbi burada ABŞ, İran, Rusiya amilləri ilə bilavasitə bağlı olub. 2017-ci ilin aprelində Avropa Birliyi Ermənistanla Tərfdaşlıq sazişinin imzalanmasına dair danışıqlar aparırdı. Bildiyimiz kimi bu saziş həmin ilin noyabrında Brüsseldə imzalandı. ABŞ isə İranla həmsərhəd Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasında maraqlı deyildi. Çünki Avropa Birliyi İranla nüvə sazişindən çıxmaq məsələsində ABŞ-ı dəstəkləmirdi. Əksinə, Ermənistanla Tərəfdaşlıq sazişi imzalamaqla ABŞ-ın təhdid etdiyi İranın sərhəddində möhkəmlənib ABŞ-ın sanksiya ilə hədələdiyi İranın qonşuluğunda möhkəmlənib ona hərtərəfli dəstək olmaq istəyirdi. Üstəlik, Ermənistan Avrasiya İqtisadi Birliyindən özünün İranla sərhədində, Mehridə azad ticarət zonası əldə etməklə, İrana elektrik enerjisi satmaqla, bu ölkənin blokadasına imkan verməməli, İran-Ermənistan marşrutu ilə təbii qaz xətti çəkməklə Avropanın təbii qaz təchizatında iştirakı, ümumiyyətlə İranın ABŞ tərəfindən sanksiyaya məruz qalacağı təqdirdə onun dünyaya açılan nəfəsliklərindən biri olmaq funksiyasını yerinə yetirməli idi. Lakin ABŞ Paşinyanı hakimiyyətə gətirməklə Avropa Birliyi, İran, Rusiyanın Ermənistana dair planlarını zəiflətməyi bacardı. ABŞ İranla nüvə sazişindən çıxdı, Ermənistanda özünə yaxın qüvvələri hakimiyyətə gətirdi və bununla da Avropa Birliyinin planlarını alt-üst etdi. Artıq Ermənistandakı seçkilərə ən çox təsir imkanı olan qüvvə AB və Rusiya deyil, ABŞ-dır. Odur ki, Avropa Birliyi Ermənistandakı seçkilərə yardımı 3 milyon avroyadək təxirə saldı. Bununla da o, ABŞ-la üz-üzə gəlib qarşıdurma yaratmaq istəmədiyini, seçkilərə xüsusi maraq göstərmədiyini büruzə verir. Üstəlik, AB istədiyinə nail olub və saziş imzalanıb. Bundan sonra Ermənistanda siyasi qüvvələrin formalaşdırılması, ümumiyyətlə nüfuz uğrunda mübarizə daha çox ABŞ və Rusiya arasında gedəcək, nəinki Avropa Birliyi arasında. Odur ki, Avropa Birliyi sadəcə tərəfdaş ölkəyə müəyyən seçki maliyyə yardımı ayırmaqla kifayətlənib”.

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »