Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ana dilini zəif bilən şəxs xarici işlər naziri vəzifəsində işləməməlidir” - Politoloq
Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.

Politoloq Elxan Şahinoğlu bizimyol.info-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məşhur çıxışını sərt tənqid edib.

“Ana dilinizi zəif bilən şəxs xarici işlər naziri vəzifəsində işləməməlidi. Xarici işlər naziri bir neçə xarici dili bilməklə yanaşı öz ana dilini də bilməlidir”,-deyə politiloq bildirib.

E.Şahinoğlunun sözlərinə görə, Türkiyədə xarici işlər nazirini məlum çıxışı Azərbaycan adına biyabırçıqlıdı, ölkənin beynəlxalq aləmdə imicinə zərbədir: “O, fikirlərini öz ana dilini ifadə edə bilmədi. Mən neçə illərin politoloquyam, Elmar Məmmədyarovun nə demək istədiyini anlaya bilmədim. Orada oturan Türkiyə və İran jurnalistləri nə anlasın. Nazir Azərbaycanda yerli jurnalistlərinə müsahibə vermir. Çünki özü yaxşı bilir ki fikirlərini ana dilində aydın ifadə edə bilmir. Amma anlamalıdır ki belə hallar da olur, xaricdə mətbuat konfransları keçirilir və o, konfransda çıxış etməlidir”.

Politoloq Elmar Məmmədyarovun neçə illik fəaliyyətini yarıtmaz hesab edib: “Ukraynadakı hazırlı səfirimiz keçmiş səfirimizi tənqid edir və ondan Ukraynanın erməni əsilli daxili işlər nazirinə şikayət edir. Bu məsələ əslində Bakıda həll olunmalı idi. Yəni hazırkı səfir keçmiş səfirin qanun pozduğunu iddia edirsə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirinə müraciət edilməli və burada məsələ araşdırılmalı idi. Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı reaksiya vermir. Kiyevdə səfirlər davaya çıxıblar. Keçmiş səfirlə bağlı da suallar var. Bu, neçə səfirdi ki fəaliyyətlərini bitirdikdən sonra ölkəyə qayıtmırlar, çalışdıqları ölkədə yaşayırlar. Elmar Məmmədyarov bu məsələyə aydınlıq gətirmir”

Bizimyol.info

https://www.youtube.com/watch?v=DN0Ao_Ynz9s

Son xəbərlər
Bütün xəbərlər »