Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ”ın oyunları ilə bağlı dəyişiklik edildi
“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, müraciətdə ev oyunlarının keçirildiyi “Azərsun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

Birinci Divizionun 9-cu turunun “Qarabağ-2” – MOİK qarşılaşması noyabrın 2-də “Azərsun Arena”da oynanılsın.

Topaz Premyer Liqasının 10-cu turunun “Qarabağ” - “Sumqayıt” görüşü noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.

Son xəbərlər
Bütün xəbərlər »