Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
50 manata görə xalası oğlunu bıçaqlayan şəxs məhkəmə zalında qandallandı
İlham Qədirov 5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlham Qədirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrlik ediyi kollegiyanın hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. İ.Qədirovun barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

Hadisə bu ilin yayında Abşeron rayonunda baş verib. İ.Qədirov 50 manat pul üstündə xalası oğlu Xəyyam Babayevi bıçaqlayıb.

Belə ki, o, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün əvvəl borc kimi verdiyi 50 manat pulu tələb edib. Onlar məsələni yeyib-içdikdən sonra həll etmək qərarına gəliblər. İ. Qədirov içki məclisi zamanı Xəyyam Babayevi bıçaqlayaraq hadisə yerində qaçıb.O, hadisə yerindən qaçsa da, Abşeron polisi axtarışda olan şəxsi yaxalayıb.

Əvvəllər məhkumluq həyatı yaşayan İlham Qədirov cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »