Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı məcburi köçkünlərlə səyyar görüş keçirtdi - Fotolar
Oktyabrın 30-da Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Mingəçevir şəhərində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar görüş keçirib.

Bizimyol.info xəbər verir ki, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.

Məcburi köçkünlərdən Tehran Əliyev, Eldar Əliyev, Sevinc Hüseynova, Telli Aslanova, Vaqif İsmayılov və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, məcburi köçkünlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Məcburi köçkünlərin Çıxışlarında xeyir-şər mərasimlərinin keçirilməsi üçün mağarla təmin olunmalarına, bir neçə sakin şəhərdən kənarda məskunlaşdıqları yerə təbii qazın çəkilməsinə kömək edilməsinə, ayrı təsərrüfat olmaları üçün köməklik olunmasına, sosial məsələlər və digər məsələlərinin həllinə ehtiyaclarının olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »