Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəblər Bakının mərkəzində oğurluq etdilər
Bakıda turistlər tərəfindən ard-arda 2 oğurluq hadisəsi qeydə alınıb.

Bakupost.az xəbər verir ki, hadisə şəhərin mərkəzində - Xəqani küçəsində yerləşən “Xəqani” Ticarət Mərkəzində baş verib. Belə ki, ərəb turistlər ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən idman malları mağazasına daxil olaraq, satıcının olmamasından istifadə ediblər. Onlar mağazadan idman ayaqqabısı, şort və digər geyim əşyaları götürərək, oradan uzaqlaşıblar. Baş verənlər təhlükəsizlik kameraları ilə qeydə alınıb.

Digər oğurluq hadisəsi isə ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən "Parfume Store" adlı parfumeriya mağazasında baş verib. Məlumata görə, ərəb turistlər mağazadan 1-i 180 manat dəyərində olan 2 ətir oğurlayıblar.

Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə müraciət edilib. Araşdırma aparılır.

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün sayt əməkdaşı 39-cu Polis Bölməsi ilə əlaqə saxlayıb. Növbətçi hissədən bildiriblər ki, bununla bağlı açıqlama vermək səlahiyyətləri yoxdur.

“Xəqani” Ticarət Mərkəzindən isə faktı nə təkzib, nə də təsdiq ediblər.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »